BAKI,TurkicWorld Yusif Şərifzadə
Livanlı silahlı qruplaşma Hizbullah bəyan edib ki, qüvvələri Livanın cənub bölgəsində İsrail ordusuna məxsus mövqelərə və hərbi texnikaya hücumlar həyata keçirib.
TurkicWorld xəbər verir ki, qruplaşmanın açıqlamasına görə, onlar həmçinin Aita əl-Cabal qəsəbəsinin hava məkanında İsrail ordusuna aid bir pilotsuz uçuş aparatını vuraraq məhv etdiklərini iddia ediblər. İsrail tərəfi bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Hizbullah digər açıqlamasında bildirib ki, onlar İsrail ordusunun 300-cü briqadasının komandirinin maşınını Şomera qəsəbəsində hədəf alıblar və Maroun al-Ras bölgəsində İsrail hərbi mövqeyinə dronlarla hücum həyata keçiriblər.






