Son dəqiqə

Qəzza İrlandiya Prezidenti Marqaret Konnolli Katerina Konolli Global Sumud Flotilla İsrail həbsxanası Flotiliya iştirakçıları Saxlanma Hüquq pozuntusu

İrlandiya Prezidentinin bacısı İsrail tərəfindən saxlanılanlar arasındadır

BAKI,TurkicWorld Yusif Şərifzadə

İrlandiya Prezidenti Katerina Konollinin bacısı, doktor Marqaret Konnolli Qəzzaya doğru hərəkət edən “Global Sumud Flotilla”sının İsrail tərəfindən saxlanılan ən azı 15 irlandiyalı iştirakçısından biridir.

TurkicWorld xəbər verir ki, “Global Flotilla” Marqaret Konnolli və daha beş nəfərin saxlanılmadan əvvəl qeydə alınmış ehtimal olunan videogörüntülərini yayımlayıb. Flotillanın saytında paylaşılmış videoda Marqaret Konnolli bildirib ki, qayığının İsrail işğalçı qüvvələri tərəfindən ələ keçirildiyini və hazırda qanunsuz şəkildə İsrail həbsxanasında saxlanıldığını təsdiqləyir.

O, həmçinin bildirib ki, flotiliyada iştirak etməsindən böyük qürur duyur və bu tədbiri indiyədək keçirilən ən böyük flotiliya adlandırıb.

Mövzuya görə xəbərlər