Son dəqiqə

İran ABŞ Yaxın Şərq ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı Regional Təhlükəsizlik dəniz nəqliyyatı Beynəlxalq ticarət İran limanları Blokada dəniz marşrutları ticarət gəmiləri

ABŞ İran limanları ilə bağlı yeni məlumat yayıb

BAKI,TurkicWorld Yusif Şərifzadə

ABŞ Mərkəzi Komandanlığı İran limanları ətrafında həyata keçirilən tədbirlərlə bağlı yeni rəqəmlər açıqlayıb.

TurkicWorld xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının yaydığı məlumatda İran limanlarına tətbiq edilən tədbirlər çərçivəsində 78 kommersiya gəmisinin marşrutunun dəyişdirildiyi qeyd olunub.

Məlumata əsasən, daha dörd gəminin isə müəyyən qaydalara riayət olunmasını təmin etmək məqsədilə fəaliyyətinin dayandırıldığı bildirilib.

Açıqlamada ABŞ administrasiyasının İran limanlarına qarşı blokada tədbirləri həyata keçirdiyi və bunun Tehranı Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etməyə sövq etmək məqsədi daşıdığı qeyd edilir.

Eyni zamanda, məlumatda İranın Hörmüz boğazına çıxış imkanlarının ciddi şəkildə məhdudlaşdırıldığı da bildirilib.

Mövzuya görə xəbərlər