Son dəqiqə

İsrail Livan Hizbullah İsrail Müdafiə Qüvvələri Livan cənubu Avixay Adrai Sur şəhəri köçürülmə xəbərdarlığı

İsrail ordusu Sur şəhəri üçün köçürülmə xəbərdarlığı yayıb

BAKI,TurkicWorld Yusif Şərifzadə

İsrail Müdafiə Qüvvələrinin ərəb dili üzrə sözçüsü Avixay Adrai Livanın cənubundakı Sur şəhəri ilə bağlı məcburi köçürülmə xəbərdarlığı yayıb.

TurkicWorld xəbər verir ki, Adraee X platformasında xəritə paylaşaraq bir neçə binanın yerləşdiyi ərazinin dərhal boşaldılmasını tələb edib və həmin binaların Hizbullah tərəfindən istifadə edildiyini iddia edib.

O, sakinlərə həmin ərazini tərk etməyi əmr edib. Bildirilir ki, məsələ ilə bağlı əlavə məlumatlar gələcəkdə açıqlanacaq.

Mövzuya görə xəbərlər