BAKI,TurkicWorld Yusif Şərifzadə
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında həyata keçirilən hava zərbəsinin HƏMAS-ın yüksək rütbəli komandirlərindən biri hesab olunan İzzəddin əl-Haddadini hədəf aldığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, hücumdan sonra onun vəziyyəti ilə bağlı dərhal rəsmi məlumat verilməyib və HƏMAS hadisəyə münasibət bildirməyib.
İsrail tərəfi əl-Haddadini 2023-cü il 7 oktyabr tarixində İsrailin cənubuna edilən hücumların “planlaşdırıcılarından biri” kimi xarakterizə edərək, onu ən çox axtarılan şəxslər siyahısına daxil etmişdi.







