Son dəqiqə

Livan atəşkəs İsrail zərbələri insan itkiləri yaralılar humanitar vəziyyət ABŞ vasitəçiliyi

İsrail zərbələri Livanda insan itkilərini artırıb

BAKI,TurkicWorld Yusif Şərifzadə

Livan Səhiyyə Nazirliyinin yeni məlumatına görə, 2 martdan bəri İsrail Müdafiə Qüvvələrinin Livana endirdiyi zərbələr nəticəsində ən azı 2,951 nəfər həlak olub, 8,988 nəfər isə yaralanıb.

TurkicWorld xəbər verir ki, ABŞ vasitəçiliyi ilə elan edilən “atəşkəs” aprelin ortalarında qüvvəyə minməsindən sonra da hücumlar davam edib və bu müddət ərzində ən azı 657 nəfər ölüb, 1,444 nəfər yaralanıb.

Rəsmi açıqlamada qeyd olunur ki, atəşkəsdən sonra belə itkilərin davam etməsi Livanda humanitar vəziyyəti daha da ağırlaşdırıb.

Mövzuya görə xəbərlər