BAKI,TurkicWorld Yusif Şərifzadə
Almaniya Kansleri Fridrix Merts Çindən geri dönüş səfəri zamanı ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını bildirib.
TurkicWorld xəbər verir ki, Merts qeyd edib ki, tərəflər İranın “indi danışıqlar masasına qayıtmalı olduğu” və ölkənin “nüvə silahına sahib olmasına imkan verilməməsi” məsələsində razılığa gəliblər. O həmçinin bildirib ki, İran “Hörmüz boğazını açmalıdır”.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bəyan etmişdi ki, Hörmüz boğazı İran rəsmiləri ilə koordinasiya aparan dost ölkələrin gəmiləri üçün açıqdır, lakin “düşmən” dövlətlərə aid gəmilər üçün bu keçid qüvvədə deyil.






