Son dəqiqə

Hörmüz boğazı İranın vitse-prezidenti İranın hüquqları Məhəmməd Rza Arif İranın yeni strategiyaları Düşmənlərin sanksiya və təzyiqləri Regionun təhlükəsizliyi Hörmüz boğazı mübahisəsi İranın təhlükəsizlik siyasəti İranın strateji mövqeyi

İranın vitse-prezidenti: Hörmüz boğazı İrana məxsusdur

BAKI,TurkicWorld Yusif Şərifzadə

İranın Birinci Vitse-Prezidenti Məhəmməd Rza Arif bildirib ki, ölkənin Hörmüz boğazı üzərində hüququ “qəti şəkildə müəyyən olunub və bu məsələ artıq bağlanıb”.

TurkicWorld xəbər verir ki, İranın Birinci Vitse-Prezidenti verdiyi açıqlamada qeyd edib ki, İranın əvvəlki planları “düşmənlərin sanksiya və təzyiqlərinə uyğun şəkildə hazırlanmışdı”, lakin indi ölkə və regionun təhlükəsizliyi və rifahı üçün yeni strategiyalara ehtiyac duyulduğunu bildirib.

Məhəmməd Rza Arif bu məsələnin artıq müzakirəyə açıq olmadığını və Hörmüz boğazı üzərindəki İranın hüquqlarının birmənalı şəkildə təsdiqləndiyini vurğulayıb.

Mövzuya görə xəbərlər