Son dəqiqə

ABŞ Konqresi Pentaqon hərbi texnika Qlobal İqtisadiyyat İran müharibəsi Vaşinqton siyasəti enerji bazarı ABŞ müdafiə büdcəsi ABŞ-İsrail əməliyyatları hərbi xərclər Culs Hörst əməliyyat xərcləri müdafiə sənayesi ABŞ-nin İran müharibəsi nə qədər xərc yaradıb Pentaqon İran əməliyyatlarının maliyyətini açıqladı ABŞ müdafiə büdcəsində son vəziyyət İranla müharibənin ABŞ iqtisadiyyatına təsiri Vaşinqtonun hərbi əməliyyat xərcləri artır ABŞ ordusunun texniki yenilənmə xərcləri

ABŞ-nin İran əməliyyatlarının dəyəri 29 milyard dollara çatdı

BAKI,TurkicWorld Yusif Şərifzadə

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların indiyədək ümumilikdə 29 milyard dollara başa gəldiyi açıqlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Pentaqonda maliyyə nəzarətçisi vəzifəsini icra edən Culs Hörst ABŞ qanunvericiləri qarşısında çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, sözügedən məbləğə hərbi texnikanın təmiri və yenilənməsi, həmçinin əməliyyat xərcləri daxildir.

Məlumatda qeyd olunub ki, açıqlanan rəqəm ötən ayın sonunda təqdim edilən ilkin hesablamadan 4 milyard dollar daha yüksəkdir. Bu isə münaqişənin ABŞ müdafiə büdcəsinə təsirinin gözlənildiyindən daha böyük olduğunu göstərir.

Ekspertlər bildirirlər ki, İranla bağlı hərbi əməliyyatların uzanması Vaşinqtonun müdafiə xərclərini artırmaqla yanaşı, enerji bazarları və qlobal iqtisadiyyat üzərində də əlavə təzyiq yaradır.

Mövzuya görə xəbərlər