Bakı. TurkicWorld:
Gürcüstan Daxili İşlər Nazirliyinin miqrasiya departamentinin əməkdaşları son bir neçə gün ərzində 103 xarici vətəndaşı deportasiya ediblər, onların arasında Azərbaycan vətəndaşları da olub.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilir.
Gürcüstandan deportasiya edilən əcnəbilər - Azərbaycan, Banqladeş, Bolqarıstan, Qana, Misir, Hindistan, Qazaxıstan, Çin, Nigeriya, Pakistan, Rusiya, Tacikistan, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları olub.
Nazirliyin məlumatına görə, cari ilin birinci rübündə Gürcüstandan 904 qanunsuz miqrant çıxarılıb, mart ayında isə bu rəqəm 360 nəfər təşkil edib.
Qeyd edək ki, Gürcüstanda 2025-ci ildən etibarən qanunsuz miqrantlara qarşı mübarizə gücləndirilib.







