BAKI, TurkicWorld, Orxan Qədirzadə
İran tərəfi ABŞ və İsrailin hücumlarına cavab olaraq bölgədə fəaliyyət göstərən ABŞ şirkətlərinin hədəfə alınacağını bəyan edib.
TurkicWorld xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusu yaydığı açıqlamada ABŞ-a məxsus texnologiya və süni intellekt şirkətlərinin hücumlara dəstək verdiyini iddia edərək onları “qanuni hədəf” kimi qiymətləndirib.
Bildirilib ki, bu qərarın yaxın vaxtlarda qüvvəyə minəcəyi və cavab tədbirlərinin mərhələli şəkildə həyata keçiriləcəyi gözlənilir. İran tərəfi bu addımı ölkəyə qarşı həyata keçirilən hərbi əməliyyatlara cavab kimi təqdim edib.







