BAKI, TurkicWorld, Orxan Qədirzadə
İtaliya hökuməti İsrail təhlükəsizlik qüvvələrinin Qüdsdə Latın patriarxı kardinal Pyerbattista Pizzaballaya qarşı hərəkətlərinə kəskin etiraz bildirib.
TurkicWorld xəbər verir ki, İtaliyanın Baş naziri Corca Meloni hadisəni "dindarlara qarşı təhqir" adlandırıb, xarici işlər naziri Antonio Tayani isə İsrail səfirini izahat vermək üçün nazirliyə çağırıb.
İnsident bazar günü, kardinalın Müqəddəs Qəbir kilsəsinə (Hram Qroba) daxil olmaq istədiyi vaxt baş verib. İsrail ordusu müharibə səbəbindən tətbiq edilən kütləvi toplaşma məhdudiyyətlərini əsas gətirərək iyerarxların yolunu kəsib və onları geri dönməyə məcbur edib. Patriarxlığın rəsmi bəyanatında qeyd olunub ki, ruhanilər kilsəyə şəxsi qaydada gedirdilər və bütün təhlükəsizlik qaydalarına əməl olunurdu.
Kilsə rəhbərliyi bu addımı "dini azadlığın kobud şəkildə pozulması" və əsrlər boyu qorunub saxlanılan status-kvonun dağıdılması kimi qiymətləndirib. Qeyd edək ki, 28 fevralda başlayan müharibədən sonra İsrail hakimiyyəti ictimai toplaşmaları 50 nəfərlə məhdudlaşdırsa da, patriarxlıq bu qadağanın yüksək rütbəli ruhanilərə tətbiqini "əsassız güc nümayişi" adlandırıb.







