BAKI, TurkicWorld, Orxan Qədirzadə
Yaxın Şərqdə davam edən genişmiqyaslı müharibə fonunda "Hizbullah" qruplaşmasının insan itkiləri ilə bağlı yeni rəqəmlər açıqlanıb.
Livanın Səhiyyə Nazirliyinin bildirdiyi 1001 ümumi ölüm hadisəsindən təxminən 350-nin "Hizbullah" üzvü olduğu təxmin edilir.
TurkicWorld xəbər verir ki, İsrail ordusunun (IDF) sözçüsü Aviçay Adrae son 24 saat ərzində Livanın cənubunda daha 20 "Hizbullah" üzvünün öldürüldüyünü bəyan edib.
Müharibənin ilk mərhələlərindən fərqli olaraq, "Hizbullah" artıq həlak olan üzvlərinin adlarını və fotolarını gündəlik olaraq ictimaiyyətə açıqlamır. Hərbi ekspertlərin fikrincə, bu "sükut siyasəti" bir neçə amillə bağlıdır:
Psixoloji amil: Artan itkilərin tərəfdarlar arasında ruh düşkünlüyü yaratmasının qarşısını almaq.
Təhlükəsizlik: Şəxsiyyətlərin və yaşayış yerlərinin ifşası vasitəsilə İsrailin texnoloji izləmə imkanlarını məhdudlaşdırmaq.
Qeyri-müəyyənlik: Hazırda 45-ə yaxın üzvün "izi-tozu qalmadan yoxa çıxdığı" və taleyinin məlum olmadığı bildirilir.
Məlumata görə, ən böyük itkilər martın 7-də "Nəbi Şit" enişi zamanı və sərhəd bölgəsindəki Xiam qəsəbəsində (53 nəfər) baş verib. Beynəlxalq İnformasiya Təşkilatının tədqiqatçısı Məhəmməd Şəmsəddin qeyd edib ki, hazırda qruplaşma yalnız yüksək rütbəli komandirlərin ölümünü rəsmən elan edir, sıravi üzvlər isə doğulduqları kəndlərdə səssizcə dəfn olunur.







