Son dəqiqə

NATO ABŞ Donald Tramp

ABŞ-ın NATO-dan çıxmaq təhdidi: "İranla mübarizədə bizi tək qoydular"

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp özünün sosial media platformasında NATO müttəfiqlərinə qarşı sərt ittihamlar irəli sürüb. Tramp alyans ölkələrini nüvə silahına malik İranı dayandırmaq üçün hərbi əməliyyatlarda iştirak etməməkdə və ABŞ-ı tək qoymaqda günahlandırıb.

TurkicWorld xəbər verir ki, Trampın bu bəyanatı NATO daxilində son illərin ən dərin böhranına yol açıb.

Prezident Tramp NATO-nun hərbi baxımdan zəif olduğunu iddia edərək bildirib: "ABŞ olmadan NATO kağızdan bir pələngdir. Onlar artan neft qiymətlərindən şikayət edirlər, lakin qiymətlərin artmasına səbəb olan Hürmüz Boğazını açmaq üçün bizə kömək etmirlər. Bu, onlar üçün çox az risklə edilə biləcək sadə bir hərbi həmlə idi. Onlar qorxaqdırlar və biz bunu unutmayacağıq".

Hürmüz Boğazının açılması üçün müttəfiqlərdən gəmi istəyən, lakin rədd cavabı alan Tramp, NATO-nun böyük bir sınaqdan keçə bilmədiyini deyib: "Orada olmalı idilər. Bizə kömək etmək istəmirlər, bu həqiqətən təəccüblüdür. Artıq NATO-ya ehtiyacımız yoxdur".

NATO Baş katibi Mark Rutte isə Trampın təhdidlərinə cavab olaraq boğazın açılmasının vacibliyini qəbul etdiklərini, lakin bunun üçün "ən yaxşı yolun" tapılması üzərində müttəfiqlərin birlikdə müzakirələr apardığını bildirib.

Mövzuya görə xəbərlər