Son dəqiqə

İran Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı İranın hücumlarını pisləyir və müdafiə hüququnu özündə saxlayır – XİN

BAKI,TurkicWorld, Fərid Mikayılov

Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı Krallığının İranın Krallığa, Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərə, eləcə də bir sıra ərəb, islam və dost ölkələrə qarşı heç bir halda qəbul edilə və ya əsaslandırıla bilməyən hücumlarını qətiyyətlə pislədiyini bir daha bəyan edir.

TurkicWorld xəbər verir ki , bu haqda Krallığın XİN açıqlamasında deyilir.

Məlumatda qeyd edilir ki, Krallıq öz təhlükəsizliyini, suverenliyini, vətəndaşlarının və sakinlərinin əmin-amanlığını qorumaq və təcavüzün qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək kimi tam hüququnu özündə saxladığını təsdiqləyir.

“Mülki obyektlərin, hava limanlarının və neft obyektlərinin hədəf alınması təhlükəsizlik və sabitliyi təhdid etmək, beynəlxalq nizamnamələri və beynəlxalq hüququ kobud şəkildə pozmaqda israrlı olmaq əzmindən başqa bir şey deyildir. İran İslam Respublikası Prezidentinin qonşu ölkələrə hücum etmək planlarının olmadığı və qərarın Rəhbərlik Şurası tərəfindən qəbul edildiyi barədə verdiyi bəyanata gəldikdə isə, Krallıq təsdiqləyir ki, İran tərəfi istər İran Prezidentinin çıxışı zamanı, istərsə də ondan sonra bu bəyanatı praktikada əks etdirməyib. Əksinə, heç bir faktiki əsası olmayan əsassız iddialara, o cümlədən qırıcı təyyarələrin və yanacaqdolduran təyyarələrin müharibədə iştirak etmək üçün Krallıqdan uçduğu barədə Krallığın əvvəllər yalan olduğunu aydınlaşdırdığı iddialara əsaslanaraq hücumlarını davam etdirib. Halbuki, bu təyyarələrin missiyasının Krallığın və KƏŞ (Körfəz

Əməkdaşlıq Şurası) dövlətlərinin hava məkanını İran raketlərindən və PUA-larından qorumaq, həmçinin izləmək üçün hava patrulları həyata keçirməkdən ibarət olduğu aydınlaşdırılmışdı”-deyə məlumatda qeyd edilir.

Krallıq bir daha bəyan edir ki, davam edən İran hücumları həm indi, həm də gələcəkdə ikitərəfli münasibətlər üçün ciddi fəsadları olan növbəti eskalasiyadır.

“Krallıq həmçinin vurğulayır ki, İranın ölkələrimizə qarşı hazırkı hərəkətləri müdriklik əks etdirmir və gərginliyin genişlənməsinin qarşısını almaq maraqlarına xidmət etmir; bu halda ən böyük uduzan elə İranın özü olacaqdır”-deyə XİN açıqlamasında bildirilir.

Mövzuya görə xəbərlər