BAKI,TurkicWorld, Nailə Babazadə
İranın Xarici İşlər Nazirliyi bazar ertəsi günü nazir Abbas Əraqçinin Səudiyyə Ərəbistanının Xarici İşlər naziri ilə telefon əlaqəsi saxladığını açıqlayıb.
TurkicWorld xəbər verir ki,İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı Abbas Əraqçi Pakistanda (İslamabad) keçirilən İran-ABŞ danışıqlarının gedişatı və əldə olunan son məqamlar barədə Səudiyyəli həmkarını ətraflı məlumatlandırıb.
Bu diplomatik təmas, bölgənin iki mühüm dövləti arasında qarşılıqlı məlumat mübadiləsinin davam etdiyini və İranın Vaşinqtonla apardığı mürəkkəb danışıqlar prosesində regional tərəfdaşlarını diqqətdə saxladığını göstərir.







