BAKI,TurkicWorld
ABŞ qüvvələri İrana məxsus hücum dronları daşıyan gəmini vurub.
TurkicWorld xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın məlumatına görə, İkinci Dünya Müharibəsi dövrünün təyyarədaşıyan gəmisi ölçüsündə olan dron daşıyıcısı hazırda alov içindədir.
Məlumatda zərbənin dəqiq harada endirildiyi göstərilmir.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.







