Son dəqiqə

İsrail İran hücumu İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İsrail-İran atəşkəsi İsrail-İran münaqişəsi İran–İsrail gərginliyi fonunda edam xəbəri İran-İsrail gerilimi yeniden tırmanıyor İran-İsrail müharibəsi

İran ballistik raketlər atıb - İsrail KİV

Bakı, TurkicWorld

İrandan İsrail istiqamətə ballistik raketlərin buraxılışı qeydə alınıb.

TurkicWorld "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qısa zamanda ölkənin təhlükədə olan yaşayış məntəqələrində həyəcan təbillərinin çalınması gözlənilir.

İsrail hökuməti vətəndaşlarını təhlükəsiz sığınacaqlara üz tutmağa çağırıb.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və havadan zərbələri endirməyə başlayıb.

Mövzuya görə xəbərlər