BAKI, TurkicWorld
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar başa çatıb.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya nümayəndə heyəti qaldıqları hotelə qayıdıb.
Hələlik danışıqların nəticəsi barədə məlumat verilməyib.
Qeyd edək ki, danışıqlarda Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri iştirak edib.
16:49
xxx
Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların ikinci günü keçirilir.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyətləri eyni vaxtda bir neçə sülh sənədini müzakirə edirlər.
Məlumata görə, tərəflər münaqişənin nizamlanmasına dair müxtəlif variantları nəzərdən keçirir və sənədlər üzərində paralel iş aparılır. Müzakirələrin detalları açıqlanmır.
Qeyd edək ki, görüşdə Rusiya, Ukrayna və Amrika Birləşmiş Ştatlarından olan nümayəndə heyətləri iştirakı edir.






