BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Real həyatın qaydaları göstərir ki, dünya güc və qüdrət əsasında idarə olunur.
TurkicWorld xəbər verir ki, bu fikirləri Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller CNN telekanalına verdiyi müsahibədə səsləndirib.
“Ola bilsin, beynəlxalq etik normalar və digər məsələlər barədə istədiyiniz qədər danışasınız, amma biz güc və qüvvənin həlledici olduğu real bir dünyada yaşayırıq. Bunlar dünyanın dəyişməz qanunlarıdır”, – deyə Miller jurnalistə açıqlamasında vurğulayıb.
O, eyni zamanda ABŞ-ın keçid mərhələsində Venesuela üzərində effektiv nəzarətə malik olduğunu da bildirib.







