Son dəqiqə

ABŞ Nikolas Maduro Venesuela

Maduro helikopterlə Manhetten məhkəməsinə aparılıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Nikolas Maduro həyat yoldaşı ilə bilrikdə ABŞ-nin Manhetten məhkəmə binasına aparılıb.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

KİV yazır ki, Maduro və həyat yoldaşı Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) əməliyyatçılarının müşayiəti ilə helikopterdən düşürülüb. Onlar bir qədər sonra Manhattan Federal Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, yanvarın 3-də ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib:

"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"

Mövzuya görə xəbərlər