Son dəqiqə

BMT Pakistan Venesuela

Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

BAKI, TurkicWorld

Pakistan Venesueladakı vəziyyətdən narahatdır, təmkinli olmağa və fikir ayrılıqlarını beynəlxalq hüquqa əsaslanaraq həll etməyə çağırır.

TurkicWorld-un məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

"Pakistan Venesuela xalqının rifahına böyük əhəmiyyət verir və Venesueladakı vəziyyətin gedişatını narahatlıqla izləyir", - nazirlik bildirib.

"Böhrana son qoymaq üçün təmkinli olmağa və gərginliyin azaldılmasına çağırırıq və bütün həll olunmamış məsələlərin həlli üçün BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə riayət etməyin vacibliyini vurğulayırıq", - deyə qeyd olunub.

Mövzuya görə xəbərlər