Son dəqiqə

BMT İsrail Stefan Düjarrik Antonio Quterreş Qəzza HƏMAS Diplomatik Böhran Beynəlxalq Münasibətlər Danny Danon

İsrail BMT baş katibi ilə əlaqələri dayandırdığını açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail hökuməti BMT baş katibi Antonio Quterreş ilə bütün əlaqələri dayandırmaq qərarı verdiyini bəyan edib.

TurkicWorld xəbər verir ki, İsrailin BMT-dəki nümayəndəsi Danny Danon ölkəsinin BMT baş katibi Antonio Quterreş ilə artıq işləməyəcəyini açıqlayıb.

Danon bu qərarı İsrailin münaqişə zonalarında cinsi zorakılıqla bağlı siyahıya daxil edilməsinə etirazla əsaslandırıb və bunu “qəbuledilməz” adlandırıb.

İsrail rəsmisi sosial şəbəkədə yayımladığı videoda “Biz artıq bu baş katiblə işləmirik” ifadəsini işlədib.

İsrail tərəfi BMT baş katibinin ofisini ölkəyə qarşı “yalan məlumatlar yaymaqda” ittiham edib və İsrailin HƏMAS-la eyni siyahıda göstərilməsini qəbul etmədiyini bildirib.

Bununla yanaşı, BMT baş katibinin sözçüsü Stefan Düjarrik açıqlamasında Antonio Quterreşin dialoqa açıq olduğunu və BMT-nin İsrail ilə əlaqələri davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Düjarrik qeyd edib ki, baş katibin ofisinin qapısı İsrail üçün açıq qalır və BMT tərəflər arasında dialoqun davam etdirilməsinin vacib olduğuna inanır.

Analitiklər hesab edirlər ki, bu addım İsrail ilə BMT arasında son aylarda artan siyasi və diplomatik gərginliyin növbəti mərhələsidir.

Son dövrlərdə İsrail rəsmiləri BMT-ni münaqişə ilə bağlı məsələlərdə qərəzli mövqe tutmaqda ittiham edir. Eyni zamanda beynəlxalq təşkilatlar Qəzza və digər bölgələrdə humanitar vəziyyət və mülki itkilərlə bağlı İsrailə qarşı tənqidlərini artırırlar.

Mövzuya görə xəbərlər