Son dəqiqə

İran ABŞ Pakistan Şahbaz Şərif Donald Tramp Asim Munir Pit Heqset Regional Təhlükəsizlik diplomatik danışıqlar Şanqri-La Dialoqu

Vaşinqton niyə Pakistanı strateji tərəfdaş kimi önə çıxarır?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ və Pakistan arasında münasibətlərdə yeni yaxınlaşma mərhələsinin başladığına dair açıqlamalar verilib.

TurkicWorld xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən Şanqri-La Dialoqu təhlükəsizlik forumunda çıxışından sonra jurnalistlərin suallarını cavablandırarkən ABŞ-Pakistan münasibətləri barədə danışıb.

Nazir bildirib ki, Vaşinqton və İslamabad arasında gözlənilməz, lakin müsbət istiqamətdə inkişaf edən yeni münasibətlər formalaşır.

Pit Heqset Pakistan rəhbərliyinin İranla bağlı diplomatik proseslərə verdiyi töhfəni xüsusi qeyd edib. O, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munirin və Baş nazir Şahbaz Şərifin İran müharibəsinin dayandırılması istiqamətində aparılan danışıqlarda mühüm rol oynadıqlarını vurğulayıb.

ABŞ müdafiə nazirinin sözlərinə görə, iki ölkə arasında yaranan əməkdaşlıq münasibətləri artıq strateji tərəfdaşlıq elementləri daşımağa başlayıb.

Pit Heqset həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın ötən il Hindistan və Pakistan arasında yaranmış hərbi gərginliyin azaldılması istiqamətində göstərdiyi vasitəçilik səyləri də bu yaxınlaşmanın mühüm göstəricilərindən biri olub.

Müşahidəçilər hesab edirlər ki, son dövrdə regional təhlükəsizlik, İranla bağlı diplomatik proseslər və Asiya-Sakit okean regionundakı dəyişən geosiyasi balans ABŞ və Pakistan arasında əməkdaşlığın daha da genişlənməsinə səbəb olur.

Mövzuya görə xəbərlər