Son dəqiqə

İran ABŞ Pakistan Tehran Vaşinqton Nüvə Proqramı Sanksiyalar Beynəlxalq Münasibətlər diplomatik danışıqlar

ABŞ və İran arasında razılaşmaya mane olan əsas problem nədir?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran ABŞ-la davam edən diplomatik təmaslarda ən mürəkkəb məsələnin sanksiyaların yumşaldılması olduğunu bildirib. Bakı, AzerVoice.

TurkicWorld xəbər verir ki, İran hökuməti ABŞ ilə davam edən danışıqların gedişi ilə bağlı yeni açıqlama yayıb.

Məlumata görə, tərəflər arasında diplomatik təmaslar davam etsə də, sanksiyaların yumşaldılması məsələsi danışıqlar prosesində əsas fikir ayrılığı mövzusu olaraq qalır.

İran tərəfi bildirib ki, yekun razılaşma ilə bağlı konkret tarix və ya vaxt çərçivəsi müəyyən edilməyib və Tehran prosesə ehtiyatlı yanaşır.

Rəsmilər vurğulayıblar ki, ölkənin milli maraqlarını və hüquqlarını təmin etməyən heç bir saziş qəbul edilməyəcək.

Açıqlamada qeyd olunub ki, danışıqlar zamanı müxtəlif təkliflər və mesajlar Pakistan başda olmaqla regional vasitəçilər vasitəsilə tərəflərə çatdırılır.

İran tərəfi bəzi istiqamətlər üzrə yaxınlaşmanın əldə olunduğunu etiraf etsə də, bir sıra mühüm məsələlərin hələ də açıq qaldığını bildirib.

Rəsmi Tehranın mövqeyinə görə, ilk növbədə qarşılıqlı etimadın yaradılmasına yönəlmiş addımlar atılmalı, bundan sonra nüvə proqramı ilə bağlı daha geniş və əhatəli danışıqlara keçid mümkün ola bilər.

Siyasi müşahidəçilər hesab edirlər ki, son açıqlamalar ABŞ və İran arasında aparılan danışıqların hələ də həssas mərhələdə olduğunu və yekun razılaşmaya nail olunması üçün tərəflərin qarşısında ciddi diplomatik maneələrin qaldığını göstərir.

Mövzuya görə xəbərlər