Son dəqiqə

Somali təhlükəsizliyi İsrail Somalilandı niyə tanıd Türkiyənin Somaliland mövqeyi İsrailin Somalilandı tanıması Afrika Buynuzunda diplomatik fəallığı artırdı Somaliland qərarı Türkiyə–Somali gündəmini ön plana çıxardı Türkiyə Somali münasibətləri Ərdoğan Mahmud görüşü Afrika Buynuzu sabitliyi

Ərdoğan Somali Prezidenti ilə birgə mətbuat konfransı keçirib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 30-da İstanbulda Somali Prezidenti Həsən Şeyx Mahmud ilə görüşüb və tərəflər arasında keçirilən danışıqlardan sonra birgə mətbuat konfransı təşkil olunub.

TurkicWorld xəbər verir ki, görüş Türkiyə Prezidentinin Dolmabağça iqamətgahında baş tutub. Əvvəlcə dövlət başçıları arasında təkbətək görüş keçirilib, daha sonra nümayəndə heyətləri səviyyəsində danışıqlar aparılıb.

Görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün və hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik iştirak ediblər.

Birgə mətbuat konfransında çıxış edən Prezident Ərdoğan Türkiyə ilə Somali arasında tarixi, humanitar və mədəni bağların mövcud olduğunu bildirib. O qeyd edib ki, 2026-cı ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 60 illiyi qeyd olunacaq və bu möhkəm təməl üzərində əməkdaşlıq daha da inkişaf etdiriləcək.

Prezident Ərdoğan Somalidə təhlükəsizlik sahəsində əldə olunan irəliləyişləri vurğulayıb və Türkiyənin Somali ordusuna təlim və texniki dəstək göstərməyə davam etdiyini bildirib. Onun sözlərinə görə, terrorizmlə mübarizə Somali dövlətinin əsas prioritetlərindən biri olaraq qalır və Ankara bu istiqamətdə Mogadişuya dəstəyini davam etdirəcək.

Enerji sahəsində əməkdaşlığa toxunan Türkiyə Prezidenti 2026-cı ildə Somalidə qazma və kəşfiyyat işlərinə başlanmasının planlaşdırıldığını açıqlayıb. O bildirib ki, Türkiyənin donanmasına iki yeni dərin dəniz qazma gəmisi daxil edilib və bu fəaliyyətlər Somali xalqının rifahına töhfə verəcək.

Ərdoğan İsrailin Somaliland bölgəsini “müstəqil və suveren dövlət” kimi tanıması ilə bağlı qərarını sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, bu addım qeyri-legitimdir və Afrika Buynuzu regionunda sabitliyi pozmaq riski daşıyır.

Prezident həmçinin tərəflər arasında imzalanmış razılaşmalar çərçivəsində Somalidə kosmik limanın yaradılmasının nəzərdə tutulduğunu da açıqlayıb.

Mövzuya görə xəbərlər