Son dəqiqə

Ukrayna Çexiya Petr Fiala

Çexiya Ukraynaya 1,8 milyon artilleriya mərmisi göndərib - Baş nazir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Çexiyanın təşəbbüsü çərçivəsində Ukrayna bu il 1,8 milyon artilleriya mərmisi alıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Çexiyanın Baş naziri Petr Fiala "X" sosial şəbəkəsində yazıb.

O, 2025-ci ilə qədər Ukraynaya 1,8 milyon iri çaplı sursat tədarük etmək niyyətini bir daha təsdiqlədi.

"Təsdiqləyə bilərəm ki, bu gün bu məqsədə çatmışıq", - deyə Baş nazir yazıb.

Mövzuya görə xəbərlər