Türkiyə ABŞ Rəcəb Tayyib Ərdoğan Livan Vatikan İslam Dünyası Yaxın Şərq Livan-İsrail münasibətləri Vatikan Türkiyə münasibətləri yeni seçilmiş Roma Papası Hizbullahın Livandakı rolu Hizbullah Livan hökuməti qarşıdurması Roma Papası XIV Leo Xristian Katoliklər İsrail Livan danışıqları Rusiya Pravoslav Kilsəsi

Yeni Roma Papası ilk xarici səfərini Türkiyə və Livana edəcək

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Roma Papası XIV Leon cümə axşamı Türkiyə və Livana səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfərin məqsədi xristianlar arasında birliyin təşviqi və Yaxın Şərqdə gərginliklərin artdığı bir vaxtda sülh çağırışlarının gücləndirilməsidir.

May ayında Kilsənin rəhbəri seçilən və sələfinə nisbətən daha sakit və ölçülü açıqlamalar verən ABŞ əsilli papa üçün bu, ilk böyük beynəlxalq sınaq hesab olunur.

Roma papası Türkiyədə xristian inancının əsas mətnlərindən sayılan Nikeya etiqadının qəbul olunduğu Nitseya Şurasının 1700 illiyi münasibətilə keçirilən mərasimdə də iştirak edəcək.

Səfərin İstanbul mərhələsində papa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, həmçinin şənbə günü Mavi Məscidi ziyarət edəcək.

Livan isə səfəri böyük gözlənti ilə izləyir. Çoxkonfessiyalı quruluşu ilə uzun illər “dini birgəyaşayış modeli” kimi tanınan ölkə 2019-cu ildən bəri ardıcıl böhranlarla - iqtisadi çöküş, 2020-ci il Beyrut liman partlayışı və İsraillə son müharibə ilə sarsılıb.

Livanın Müqəddəs Taxt-Tacdakı səfiri Fadi Assaf səfəri “istisna hadisə” adlandıraraq, onun ölkənin siyasi və iqtisadi çıxış yolu axtarışlarına diqqət çəkəcəyini vurğulayıb.

Papanın Beyrutda gənclər ilə görüşəcəyi gözlənilir.

Həmçinin səfər çərçivəsində 100 min nəfərin iştirakı ilə açıq hava ayini, 2020-ci il liman partlayışının baş verdiyi ərazidə dua mərasimi, fərqli dinlərin nümayəndələrinin iştirakı ilə birgə dini dialoq görüşü kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Türkiyə səfəri həm də Vatikanın İslam dünyası ilə dialoqunu gücləndirmək niyyəti ilə əlaqələndirilir.

Səfərin əsas dini hissəsi 325-ci ildə keçirilmiş Nitseya Şurasının yubiley tədbiridir. Tədbirə Fənər Rum Patriarxı I Bartholomey tərəfindən dəvət edilən Papa burada çoxsaylı pravoslav kilsələrinin nümayəndələri ilə birlikdə dua edəcək.

Lakin Rusiya Pravoslav Kilsəsinin rəhbəri Kirill tədbirə dəvət edilməyib. Ukrayna müharibəsi fonunda Moskva ilə İstanbul patriarxlıqları arasında yaranmış gərginlik səbəbilə Rusiya xristianlarının dəvət edilmədiyi ehtimal edilir

Vatikanın Moskvanı qıcıqlandırmamaq və hazırkı kilsələrarası balansı pozmamaq üçün mesajlarında ehtiyatlı davranacağı gözlənilir

Mövzuya görə xəbərlər