Son dəqiqə

İsrail Co Bayden Ağ Ev Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 İsrail ABŞ münasibətləri ABŞ-İsrail diplomatik gərginlik ABŞ-İsrail strateji fikir ayrılığı ABŞ-ın Yaxın Şərq siyasəti ABŞ İsrail siyasəti mübahisə HuffPost

Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

BAKI,TurkicWorld

ABŞ-ın sabiq prezidenti Co Bayden 2024-cü ilin sonunda Qəzza müharibəsi ilə bağlı təqdim olunan kəşfiyyat məlumatlarında İsrailin beynəlxalq və ABŞ qanunlarını pozduğu ehtimalı barədə ciddi xəbərdarlıqlar alıb, lakin bu məlumatlara baxmayaraq, administrasiya İsrailə dəstəyi məhdudlaşdırmaq təkliflərini rədd edib. TurkicWorld xəbər verir ki, bu barədə HuffPost üç keçmiş ABŞ rəsmisinə istinadən yazıb.

Məlumata görə, kəşfiyyat sənədləri İsrail rəsmilərinin özləri arasında apardıqları müzakirələrə əsaslanırdı və onların genişmiqyaslı hücumlar və humanitar yardıma məhdudiyyətlərin qanunsuz sayıla biləcəyini etiraf etdiyini göstərirdi. Məsələ o qədər ciddi hesab olunub ki, Baydenin iştirakı ilə hökumətlərarası təcili iclas keçirilib.

Rəsmilər bildirib ki, Ağ Ev İsraillə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmaq seçimini müzakirə etsə də, heç bir qərar qəbul edilməyib. Dövlət Departamentinin bəzi əməkdaşları xəbərdarlıq ediblər ki, bu məlumatlar fonunda İsrailə hərbi dəstəyin davamı ABŞ-ın “qanunu bilərəkdən pozması” demək ola bilər, lakin rəhbərlik rəsmi mövqe tutmaqdan yayınmışdı.

Sənədlər Bayden administrasiyasında həm humanitar, həm də hüquqi narahatlıq doğurub, lakin prezidentlik müddətinin sonuna yaxın Ağ Ev Qəzza siyasətini dəyişməyə cəsarət etməyib.

Mövzuya görə xəbərlər