Son dəqiqə

Fələstin BMT İsrail Qəzza zolağı Qəzza Qəzzada jurnalistlərin ölümü Fələstinli jurnalistlərin təhlükəsizliyi Fələstin jurnalistlərinə qarşı hücumlar Qəzza humanitar böhranı Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza məsələsi

İsrail 20 ildən çoxdur ki Fələstində jurnalistlərin öldürülməsinə görə məsuliyyət daşımayıb - BMT

BAKI, TurkicWorld

İsrailin Fələstində jurnalistlərin öldürülməsinə görə heç vaxt məsuliyyətə cəlb edilmədiyi, bunun isə 20 ildən çox davam etdiyi bildirilib.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin ifadə və fikir azadlığı üzrə xüsusi məruzəçisi İrene Xan Cenevrədə keçirdiyi mətbuat konfransında açıqlama verib.

Xan çıxışında qeyd edib ki, İsrailin cəzasız qalması özbaşınalıq mühiti yaradıb və nəticədə “həqiqəti yerindəcə ortaya qoymağa cəsarət edənləri məhv etmək üçün İsrail əsgərləri istədiklərini edə bilirlər”.

Onun sözlərinə görə, bu vəziyyət beynəlxalq hüquq və jurnalistlərin təhlükəsizliyi baxımından dəhşətli presedent yaradıb.

Mövzuya görə xəbərlər