Son dəqiqə

Fələstin BMT İsrail İordaniya Qəzza zolağı Antonio Quterreş İsrail və Qəzza münaqişəsi Şərqi Qüdsdə gərginlik

BMT Baş katibi İsraili E1 Layihəsini dayandırmağa çağırıb

BAKI, TurkicWorld ​, Nərmin Ağayeva

BMT Baş katibi Antonio Quterreş İsraili “E1 Layihəsi”ni dayandırmağa çağırıb.

TurkicWorld xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş İsrail hökumətini işğal altındakı İordan çayının qərb sahilini böləcək məskunlaşma layihəsindən imtina etməyə səsləyib. O, sosial mediada etdiyi açıqlamada İsrailin qeyri-qanuni yaşayış məntəqələrini genişləndirmə planının beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

“Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilindəki yaşayış məntəqələri beynəlxalq hüquqa zidd olaraq qurulub və qorunub saxlanılıb”. - deyə Quterreş bəyan edib.
O, eyni zamanda Qəzzada genişmiqyaslı ölüm və dağıntıların qarşısını almağın həyati əhəmiyyət daşıdığını bildirərək dərhal atəşkəs çağırışı edib.

Qeyd edək ki, İsrail hökuməti Şərqi Qüds yaxınlığında həyata keçirilən “E1 Layihəsi” çərçivəsində 12 min dunam Fələstin torpağını ələ keçirərək 4 mindən çox qeyri-qanuni yaşayış evinin və hotellərin tikintisini planlaşdırır. Layihə Şərqi Qüdsü İordan çayının qərb sahilindəki Fələstin ərazilərindən təcrid etməyi hədəfləyir.

Mövzuya görə xəbərlər