Son dəqiqə

Fransa NATO Avropa İttifaqı Rusiya Ukrayna Emmanuel Makron Moskva Dmitri Medvedyev Rusiya Ukrayna müharibəsi

NATO əsgərlərinin sülhməramlı kimi qəbul edilməsini qəbul etməyəcəyik - Rusiya

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Rusiya NATO-ya sərt xəbərdarlıq edib - Bunu qəbul etməyəcəyik.

TurkicWorld xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, NATO əsgərlərinin Ukraynada sülhməramlı və ya təhlükəsizlik zəmanəti rolunda iştirakını Moskva heç vaxt qəbul etməyəcək.

Medvedev ABŞ-da yerləşən X platformasında yazıb ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərmək fikrindən əl çəkmir.
“NATO əsgərlərinin sülhməramlı kimi qəbul edilməsinə yox deyirik. Rusiya belə bir təhlükəsizlik zəmanətini qəbul etməyəcək”, – deyə o vurğulayıb.

Medvedev həmçinin Makronu istehza ilə “xoruz” adlandıraraq, onun “toyuqxananın kralı olduğunu sübut etmək üçün banlamağa davam etdiyini” söyləyib.

Qeyd edək ki, avqustun 18-də Ağ Evdə keçirilən sammitdən sonra Avropa İttifaqı liderləri ABŞ-ı da əhatə edəcək yeni təhlükəsizlik mexanizminin yaradılmasının vacibliyini gündəmə gətiriblər.

Mövzuya görə xəbərlər