Son dəqiqə

ABŞ Rusiya Ukrayna ABŞ-ın vitse-prezidenti J.D. Vance Cey Di Vens

ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin təfərrüatlarını alıb - Cey Di Vens

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin konkret təfərrüatlarını alıb və onların üzərində işləyir.

TurkicWorld-in məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində deyib.

"Nəhayət detalları əldə etdik. Biz onların üzərində işləyirik, lakin hələ hər şeyi axıra qədər düşünməmişik", - deyə o bildirib.

"Ukrayna bilmək istəyir ki, Rusiya bir daha onun ərazisinə müdafixə etməyəcək. O, gələcəkdə öz ərazi bütövlüyünə əmin olmaq istəyir. Rusiya müəyyən ərazilər istəyir", - deyə ABŞ vitse-prezidenti əlavə edib.

Mövzuya görə xəbərlər