Son dəqiqə

Indoneziya fövqəladə vəziyyət elanı Siqaret və hava çirkliliyi mikroplastik çirklənmə hava çirkliliyi

Indoneziyada infeksiya böhranı - səbəb hava çirkliliyi

BAKI, TurkicWorld

Cakartada hava çirkliliyi səbəbindən 6 milyondan çox insan tənəffüs xəstəliklərindən əziyyət çəkir.

TurkicWorld xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada havanın yüksək dərəcədə çirklənməsi nəticəsində 6 milyondan çox insan kəskin respirator infeksiyalara yoluxub.

“Jakarta Globe” qəzetinin yaydığı məlumata görə, şəhərin şimal hissəsində havadakı zərərli hissəciklərin səviyyəsi təhlükəli həddə çatıb. Səlahiyyətli qurumlar vəziyyətin daha da pisləşə biləcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Cakartada fəaliyyət göstərən 6800 fabrikdən çıxan tüstü və nəzarətsiz fəaliyyət göstərən lisenziyasız müəssisələrin buraxdığı tullantılar hava çirkliliyinin əsas səbəbləri kimi göstərilir.

Qeyd edək ki, İndoneziyada sənaye fəaliyyətlərinin ekoloji tənzimlənməsi ilə bağlı problemlər uzun illərdir müzakirə mövzusudur.

Mövzuya görə xəbərlər