Son dəqiqə

NATO Rusiya Ukrayna Dmitri Peskov ÜDM Kreml Rusiya Ukrayna müharibəsi Kreml Ukrayna şərtləri İsrail İran hücumu

Ukrayna ilə danışıqlara yalnız mübadilə prosesindən sonra baxılacaq - Kreml

BAKI, TurkicWorld

Ukrayna ilə yeni danışıqlar mübadilə prosesi başa çatdıqdan sonra mümkün olacaq.

TurkicWorldxəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında keçiriləcək üçüncü raund danışıqlarının tarixinin qarşılıqlı mübadilə prosedurları tamamlandıqdan sonra müəyyənləşəcəyini bildirib.

Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov bildirib ki, İstanbulda baş tutan əvvəlki raundlarda əldə edilən razılaşmaların icrası davam edir və tərəflər prosedurları yerinə yetirməyə çalışır. O, razılaşdırılmış bütün mərhələlərin başa çatmasından sonra növbəti danışıqlar mərhələsinə keçiləcəyini vurğulayıb.

İsrailin İrana hücumlarını da şərh edən Peskov, bu əməliyyatların "tamamilə səbəbsiz" olduğunu bildirib və Ukrayna ilə bağlı vəziyyətin bununla müqayisə olunmasının mümkün olmadığını qeyd edib.

Kremlin sözçüsü NATO-nun ÜDM-in 5 faizi həcmində müdafiə xərcləri ilə bağlı yeni hədəfinə də münasibət bildirib. Onun sözlərinə görə, bu addım Rusiyadan "xəyali təhlükə" yaratmaq və Ukraynaya silah axınını davam etdirmək üçün istifadə olunur.

Qeyd edək ki, Peskov ABŞ-ın Ukrayna ilə bağlı mümkün danışıqlara vasitəçilik səylərini dəstəklədiklərini bildirib.

Mövzuya görə xəbərlər