BAKI, TurkicWorld
Çin ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu misilsiz və ağır bir addım kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Çinin Beynəlxalq Atom Enerjisi Agentliyindəki (MAQATE) daimi nümayəndəsi Li Sonq ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrini beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulması kimi dəyərləndirib.
O bildirib ki, nüvə silahı olmayan bir dövlətin MAQATE nəzarətindəki obyektlərinə hücum ağır və görünməmiş bir hadisədir.
Qeyd edək ki, iyunun 13-dən başlayaraq İsrail İranda bir sıra nüvə və hərbi obyektləri hədəf alıb. Hücumlar nəticəsində yüksək rütbəli hərbçilər, 9 nüvə alimi və yüzlərlə mülki şəxs həyatını itirib. ABŞ da son olaraq İrandakı üç nüvə obyektini vurmaqla münaqişəyə birbaşa müdaxilə edib. Çin tərəfi problemin yeganə həll yolunun danışıqlar və əməkdaşlıq olduğunu bəyan edib.







