BAKI, TurkicWorld
Qəzzalı girovların qaytarılması əlavə vaxt aparacaq.
TurkicWorld xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı girovların azad olunması məsələsinə dair açıqlama verib.
O, girovların geri qaytarılması üçün səylərin davam etdiyini, lakin bu prosesin “əlavə vaxt” tələb etdiyini bildirib.
“Biz hamını geri qaytarmaqda qərarlıyıq və bunu edəcəyik.” - deyə o televiziya ilə yayımlanan mətbuat konfransında bildirib
Baş nazir əlavə edib ki, İsrailin hazırda İrana qarşı apardığı hərbi kampaniya, eləcə də bölgədəki digər addımlar Qəzzadakı hədəflərə, o cümlədən girovların qaytarılmasına xidmət edir.
“Bütün bunlar əlavə vaxt aparacaq”, – deyə Netanyahu qeyd edib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS tərəfindən həyata keçirilən hücumdan sonra Qəzzaya aparılan girovların böyük bir hissəsi hələ də azad edilməyib. İsrail tərəfi beynəlxalq vasitəçilərlə danışıqları davam etdirdiyini bildirir. Regionda artan gərginlik isə girovların azad olunması prosesini daha da mürəkkəbləşdirir.






