Son dəqiqə

Rusiya Ukrayna Vladimir Zelenski G7 Məhbus mübadiləsi Rustem Umerov Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna sülh təşəbbüsü

Rusiya məhbus siyahısını hələ də təqdim etməyib - Ukrayna

BAKI, TurkicWorld

Rusiyadan dəyişdiriləcək məhbusların siyahısını hələ də almamışıq.

TurkicWorld xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski İstanbul danışıqlarında razılaşdırılmış məhbus mübadiləsi çərçivəsində Rusiyadan hələ də siyahı almadıqlarını açıqlayıb.

Prezident bu barədə sosial media hesabında paylaşım edərək son hadisələri qiymətləndirib.

Zelenski bildirib ki, Rusiya ilə razılaşdırılmış əsir və cəsədlərin dəyişdirilməsi prosesi üzrə Müdafiə naziri Rustem Umerov və digər məsul şəxslərdən mütəmadi məlumat alır.
“Təəssüf ki, İstanbulda razılaşdığımız mindən çox insanın siyahısı hələ də bizə təqdim edilməyib”, – deyə o vurğulayıb.

Prezident bildirib ki, Ukrayna mübadilə prosesinin davam etdirilməsi üçün bütün səyləri göstərir.
“Əgər Rusiya belə humanitar məsələlərdə razılaşmalara əməl etməzsə, bu, beynəlxalq ictimaiyyətin, xüsusilə ABŞ-ın diplomatik səylərinə ciddi zərbə vuracaq.” - deyə o qeyd edib.

Zelenski həmçinin qeyd edib ki, iyun ayında Haaqada keçiriləcək NATO sammiti və Kanadada planlaşdırılan G7 görüşü ərəfəsində Moskva üzərində beynəlxalq təzyiqlərin gücləndirilməsi vacibdir:
“Təzyiqləri artırmalı və sanksiyaları gücləndirməliyik”, – deyə o bildirib.

Mövzuya görə xəbərlər