BAKI, TurkicWorld
Putin Ukraynanın hücumuna cavab veriləcəyini açıq şəkildə bildirib.
TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə Rusiya liderinin Ukraynanın hücumlarına cavab verəcəyini açıq şəkildə ifadə etdiyini bildirib.
Tramp sosial media hesabında Putinlə 1 saat 15 dəqiqə davam edən görüşü “çox yaxşı” adlandıraraq, danışıqlar zamanı Ukraynanın limanda lövbər salmış Rusiya təyyarələrinə etdiyi hücumun, eləcə də hər iki tərəfin həyata keçirdiyi digər hücumların müzakirə olunduğunu qeyd edib. “Prezident Putin açıq şəkildə hava limanlarına edilən son hücuma cavab verməli olacaqlarını vurğuladı”, – deyə Tramp bildirib.
Görüş zamanı İran məsələsinə də toxunulub. Tramp İranın nüvə proqramına dair qərarın gecikdiyini vurğulayaraq, “Prezident Putinə dedim ki, İran heç bir halda nüvə silahına sahib ola bilməz. Düşünürəm ki, bu məsələdə ikimiz də razıyıq”, – deyə qeyd edib.
Tramp əlavə edib ki, Putin bu prosesi sürətləndirmək və İranla nüvə danışıqlarında iştirak etməyə hazır olduğunu bildirib.







