Son dəqiqə

İsrail Binyamin Netanyahu Qəzza zolağı HƏMAS İsrail və Qəzza münaqişəsi Qəzza humanitar böhranı İsrailin HƏMAS-a qarşı şərtləri

Qəzzada həyata keçirdiklərimiz ədalətli bir müharibədir - Netanyahu

BAKI, TurkicWorld

Netanyahu Qəzzada həyata keçirdikləri hücumları “ədalətli müharibə” adlandırıb.

TurkicWorld xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada davam edən hərbi əməliyyatlarla bağlı X hesabında paylaşım edib və həlak olan əsgərlərin ailələrinə müraciət ünvanlayıb.

O, övladlarını itirən ailələrə “Oğullarınız əbəs yerə ölmədilər, onlar hər kəs kimi ədalətli bir döyüşdə həlak oldular” deyib. Netanyahu bildirib ki, İsrail HƏMAS-ı məğlub edəcək, bütün girovları xilas edəcək və Qəzza artıq İsrail üçün təhlükə yaratmayacaq. O, əsgər itkilərinin qarşısını almağa çalışdıqlarını, həmçinin ordunun əhəmiyyətli irəliləyiş əldə etdiyini vurğulayıb.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bu yana İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində həlak olan əsgərlərin sayı 861-ə çatıb. Qəzzanı qurudan işğal etməyə çalışan İsrail qüvvələri ilə Fələstin müqavimət döyüşçüləri arasında toqquşmalar davam edir.

Mövzuya görə xəbərlər