Son dəqiqə

ABŞ Rusiya Ukrayna Vladimir Putin Dmitri Peskov Donald Tramp Kreml Rusiya Ukrayna müharibəsi

Kreml Trampın tənqidlərinə cavab verib

BAKI, TurkicWorld

Kreml Trampın Putinə “dəli” deməsini emosional yüklənmə ilə əlaqələndirib.

TurkicWorld xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini “tamamilə dəli” adlandırmasını emosional vəziyyətlə izah edib.

O, Trampın sülh danışıqlarının təşkili üçün səylərinə görə təşəkkür də edib.

Peskov bildirib ki, prezident Putin Rusiyanın təhlükəsizliyini təmin etmək üçün lazım olan qərarları verir və Rusiyanın Ukraynaya qarşı hücumlarının bu ölkənin təxribatlarına cavab olduğunu qeyd edib. Tramp isə Truth Social platformasında Putinin Ukraynada son hücumlarını dəyərləndirərək, onun “tamamilə dəli” olduğunu yazıb və Ukraynanın bütün ərazisini istədiyini bildirib.

Qeyd edək ki, Tramp həmçinin Ukrayna prezidenti Vladimir Zelenskini də tənqid edərək, onun davranışlarının ölkəsinə fayda vermədiyini iddia edib.

Mövzuya görə xəbərlər