Son dəqiqə

Fələstin BMT Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cenevrə ÜST Cenevrə qərarı Fələstin səhiyyə hüquqları Fələstin müşahidəçi status

Fələstin bayrağı ÜST qarşısında dalğalanacaq

BAKI, TurkicWorld

ÜST-də Fələstin qərarı- Bayraq Cenevrədə dalğalanacaq.

TurkicWorld xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ən yüksək qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının (DSA) 78-ci iclasında Fələstin bayrağının Cenevrədəki baş qərargah qarşısında qaldırılması qərara alınıb.

İclas çərçivəsində keçirilən səsvermədə qətnamə 95 ölkənin lehinə səsi ilə qəbul edilib. İsrail, Macarıstan, Çexiya və Almaniya sənədin əleyhinə çıxış edib, 27 ölkə isə bitərəf qalıb.

Qərardan sonra çıxış edən Fələstinin BMT-nin Cenevrədəki Daimi Nümayəndəsi İbrahim Xrayşi bu addımı simvolik olsa da, beynəlxalq ictimaiyyətin Fələstinin səhiyyə hüquqlarına verdiyi dəstəyin göstəricisi kimi qiymətləndirib. O, Fələstinin tezliklə ÜST və digər BMT qurumlarına tam hüquqlu üzv olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, hazırda Fələstin ÜST-də müşahidəçi ölkə statusuna malikdir.

Mövzuya görə xəbərlər