BAKI, TurkicWorld
Qəzzada İsrailin hücumlarında azı 78 fələstinli həlak olub.
TurkicWorld xəbər verir ki, İsrail ordusunun Qəzza zolağında yerləşən yaşayış məntəqələri, qaçqın düşərgələri və mülki sığınacaqlara qarşı həyata keçirdiyi son hücumlarda azı 78 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.
Xəstəxana mənbələrinin və hadisə şahidlərinin verdiyi məlumata görə, hücumlar əsasən məcburi köçkünlərin sığındığı məktəblər, evlər və çadırlara yönəlib.
Qeyd edək ki, beynəlxalq təşkilatların xəbərdarlıqlarına baxmayaraq, İsrailin Qəzzada mülki əhalini hədəf alan hücumları davam edir. Hücumlar nəticəsində məcburi köçkünlərin və mülki şəxslərin sığındığı ərazilər dağıdılır, humanitar böhran daha da dərinləşir.