Tedros Adanom Gebreyesus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pandemiya Sazişi ÜST Pandemiya Sazişi 2025 Pandemiyalara qarşı beynəlxalq öhdəlik Beynəlxalq səhiyyə siyasəti 2025

ÜST-nin Epidemiya Sazişi təsdiqlənib

BAKI, TurkicWorld

Üç ildən çox müzakirələrdən sonra ÜST-nin Pandemiya Sazişi rəsmi olaraq qəbul edilib.

TurkicWorld xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, təşkilatın 78-ci sessiyasında Pandemiya Sazişinin qəbul edildiyini bəyan edib.

O, bu qərarı qlobal sağlamlıq üçün tarixi an kimi qiymətləndirib və üzv dövlətlərin pandemiyalara qarşı daha təhlükəsiz gələcək üçün göstərdikləri öhdəliyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, sazişin qəbulu üçün danışıqlar 3 ildən artıq davam edib və sənəd qlobal səhiyyə təhlükəsizliyini gücləndirməyi hədəfləyir.

Mövzuya görə xəbərlər