Son dəqiqə

Fransa ABŞ Rusiya Ukrayna Vladimir Putin Emmanuel Makron Donald Tramp Rusiya Ukrayna müharibəsi

Makrondan Putinə çağırış: Trampın atəşkəs planını qəbul et

BAKI, TurkicWorld

Fransa Prezidenti Emmanuel Makron, ABŞ Prezidenti Donald Tramp ilə apardığı telefon danışığından sonra Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, Ukraynada qeyd-şərtsiz atəşkəsə razılıq verməyə çağırıb.

TurkicWorld xəbər verir ki, Makron bu çağırışını sosial şəbəkə X üzərindən yayımladığı bəyanatda səsləndirib.

Fransa lideri bildirib ki, Putin sülh istədiyini sübut etməlidir və bunun üçün Tramp tərəfindən təklif olunan, Ukrayna və Avropa tərəfindən dəstəklənən 30 günlük qeyd-şərtsiz atəşkəsi qəbul etməlidir.

Makronun bu çağırışı ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə 19 mayda telefon danışığı aparacağını elan etməsindən sonra gəlib. Tramp mətbuata verdiyi açıqlamada, Ukrayna müharibəsinin dayandırılması məsələsini birbaşa Putinlə müzakirə edəcəyini qeyd edib.

ABŞ lideri həmçinin bildirib ki, Rusiya Prezidenti ilə söhbətdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə də əlaqə saxlayacaq. Məlumata görə, bu diplomatik təşəbbüslər sülhə yönəlik yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər