Fələstin BMT İsrail Çin Beynəlxalq Ədalət Məhkəməsi Qəzza humanitar böhranı Fələstin-İsrail iki dövlətli həll Çin BMT Fələstin çıxışı Çin İsrailə çağırış Orta Şərqdə sabitlik çağırışı Fələstin hüquqları dəstəyi

Fələstin xalqının beynəlxalq hüququ pozulur - Çin

BAKI, TurkicWorld

Çin, Fələstin probleminin qalıcı və ədalətli həlli üçün təcili addımların atılmasına çağırıb.

TurkicWorld xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Ken Jian, Birləşmiş Millətlər Təşkilatının 77-ci Nekba Anım Günündə çıxışı zamanı Fələstin probleminin yalnız iki dövlətli həll yolu ilə birdəfəlik və ədalətli şəkildə həll oluna biləcəyini bildirib.

O, bildirib ki, 77 il əvvəl başlayan münaqişə nəticəsində Fələstin xalqı ciddi itkilərə məruz qalıb və bu gün də vəziyyət daha da pisləşməkdə davam edir. Jian Qəzza zolağında 19 aydır davam edən qarşıdurmanın nəticəsində 53 mindən çox fələstinlinin həyatını itirdiyini, bir milyondan çox insanın isə ağır humanitar fəlakətlə üz-üzə qaldığını vurğulayıb.

Diplomat həmçinin İsrailin məskunlaşma siyasətinin iki dövlətli həllə zərbə vurduğunu və Fələstin xalqının yaşamaq hüququnu məhdudlaşdırdığını deyib. O, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına hörmət göstərilməsinə çağırıb. Jian, bölgədə sabitliyin bərpası və fəlakətin qarşısının alınması üçün Qəzzada dərhal atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər