Son dəqiqə

ABŞ Rusiya Ukrayna Vladimir Putin İstanbul Dmitri Peskov Kreml Rusiya Ukrayna müharibəsi

Putinin danışıqlarda iştirakı planlaşdırılmır - Kreml

BAKI, TurkicWorld

Putin İstanbulda keçiriləcək Ukrayna ilə sülh danışıqlarında iştirak etməyəcək.

TurkicWorld xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin İstanbulda Ukrayna ilə nəzərdə tutulan sülh danışıqlarında iştirak etməyəcəyini açıqlayıb.

Peskov bildirib ki, bu barədə hələlik prezidentdən xüsusi göstəriş verilməyib və Putinin əvvəlki açıqlamaları qüvvədə qalır. Buna baxmayaraq, Rusiya nümayəndə heyəti danışıqlarda iştirak etmək üçün artıq İstanbula gəlib.

Qeyd edək ki, İstanbulda bu gün keçiriləcək Rusiya-Ukrayna danışıqlarında hər iki tərəfin sülh əldə olunması üçün öz şərtlərini təqdim etməsi gözlənilir. ABŞ prezidenti Donald Tramp isə “əgər münasib olarsa, sabah İstanbula gələ bilərəm” deyə açıqlama verib.

Mövzuya görə xəbərlər