BAKI, TurkicWorld
Banqladeş Starlink peyk internetinə ölkə daxilində fəaliyyət göstərməsi üçün yekun icazə verib.
TurkicWorld xəbər verir ki, Banqladeşin müvəqqəti hökuməti SpaceX-in Starlink peyk internet sisteminə 10 il müddətinə lisenziya verib.
Rəsmi açıqlamada bu qərarın ölkənin təhsil, səhiyyə, biznes və fəlakət idarəetməsi sahələrinə mühüm töhfələr verəcəyi bildirilib. Starlink-in may ayında fəaliyyətə başlaması gözlənilir.
Qeyd edək ki, Banqladeş bu qərarı ilə Şri Lankadan sonra Cənubi Asiyada Starlink-i təsdiqləyən ikinci ölkə olub.






