Son dəqiqə

BMT humanitar yardım Qəzza Humanitar böhran Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Cenevrədə BMT-nin mətbuat konfransı Qəzza münaqişəsi 2025

Qəzzada vəziyyət getdikcə fəlakətə çevrilir - BMT

BAKI, TurkicWorld

Qəzzada müşahidə olunan humanitar vəziyyət, yəqin ki, müharibə dövründə gördüyümüz ən pis haldır.

TurkicWorld xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (UNOCHA) sözçüsü Jens Laerke, Qəzza zolağında yaşanan vəziyyətin fəlakət səviyyəsində olduğunu bildirib.

O, İsrailin artıq 50 gündür humanitar yardımın bölgəyə girişinə imkan vermədiyini və bunun nəticəsində əhalinin aclıq və resurs çatışmazlığı ilə üz-üzə qaldığını qeyd edib.

Cenevrədə keçirilən həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Laerke bildirib ki, kommersiya təchizatları da uzun müddətdir bölgəyə daxil ola bilmir.
“Hazırda Qəzzada yaşanan böhran, yəqin ki, bu müharibə zamanı şahidi olduğumuz ən ağır humanitar böhrandır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, BMT Qəzzada əsas ehtiyacların qarşılanmaması, uşaq aclığı, su və tibbi yardım çatışmazlığının ciddi səviyyəyə çatması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Jens Laerke bu vəziyyəti "tam fəlakətə doğru açıq tendensiya" kimi qiymətləndirib və yardımın dərhal bərpasına çağırış edib.

Mövzuya görə xəbərlər