İsrail Qəzza zolağı Benyamin Netanyahu Atəşkəs razılaşması

Netanyahu Qəzzada atəşkəs və əsir mübadiləsini müzakirə edib

BAKI, TurkicWorld

Netanyahu Qəzzada atəşkəs və əsir mübadiləsi məsələlərini müzakirə edib.

TurkicWorld xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs və məhbusların dəyişdirilməsi ilə bağlı qiymətləndirmə toplantısı keçirib.

İsrail mediasının məlumatına görə, Netanyahu danışıqlar qrupu və təhlükəsizlik rəsmiləri ilə Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı prosesi müzakirə edib.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff isə bildirib ki, prezident Donald Tramp hərtərəfli razılaşma üzərində çalışır. "Masada çox ciddi bir razılaşma var. Bu, bir neçə gündür davam edir"0 deyə o bildirib.

Qeyd edək ki, Qəzzada İsrail və HƏMAS arasında davam edən münaqişə çərçivəsində məhbus mübadiləsi və atəşkəs danışıqları bir müddətdir gündəmdədir.

Mövzuya görə xəbərlər